YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aztəminatlı ailələrə qayğı”

YAP Yasamal rayon təşkilatı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 17 saylı 3-cü seçki dairəsində "Aztəminatlı ailələrə qayğı" humanitar aksiyası keçirilib.

Humanitar aksiyada aztəminatlı ailələr ziyarət olunub, onların problemləri dinlənilib və bayram sovqatları təqdim olunub.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Novruz bayramı münasibəti ilə keçirilən humanitar aksiya ümumilikdə 350 ailəni əhatə edib.