YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bir ağac-bir dünya” devizi ilə ağacəkmə aksiyası təşkil edilib

“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayonunda “Bir ağac-bir dünya” devizi ilə ağacəkmə aksiyası keçirilib.

Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Nəsimi rayonunda Vaqif prospekti, Bakıxanov, Səməd Vurğun, Xan Şuşinski və F.Qasımzadə küçələri boyunca 300 ədəd eldar şamı və luqustr, 50 ədəd oleandr, 400 ədəd kiparis, 30 ədəd çinar, çoxsaylı dekorativ şam ağacları da daxil olmaqla ümumilikdə 1000-dən artıq ağac əkilib. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub, 800-dən artıq mövsümi gül kolları əkilib. Eyni zamanda, quru ağaclar budanaraq, ümumi sanitar təmizlik işləri görülüb.

Digər yaşıllıqların bərpası istiqamətində tədbirlər davam etdirilir, rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.