YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən Ucar rayonunun Yuxarı Çiyni, Ənvər Məmmədxanlı və Türkəci kəndlərindən olan seçiciləri ilə görüşüb.

Görüşdə vətəndaşlar kənd yollarının asfaltlanması, su arxlarının və şirə kanallarının təmizlənməsi, elektrik enerjisi ilə təminat, işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.

Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlər isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.