YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının fəalları və könüllüləri Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları və könüllüləri 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər. Aksiya çərçivəsində aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin analarını, həyat yoldaşlarını ziyarət edib, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, hədiyyələrini təqdim ediblər.

Ünsiyyət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Bildirilib ki, şəhid anaları doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə yerinə yetiriblər.

Şəhid ailələrinin üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.