YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəy olmalıyıq

Azərbaycana səfər etmək mənim üçün çox xoş oldu. Gəldiyimiz gündən Azərbaycan xalqının doğmalığını və qonaqpərvərliyini hiss etdim. Sizə xatırladım ki, bizim Azərbaycanla qardaşlıq münasibətlərimizə görə, hələ də Ermənistanla əlaqələrimiz yoxdur.

Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün iştirakçısı, Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz jurnalistlərə müsahibəsində bildirib.

O deyib: “Ermənistan Azərbaycana hücum edərkən mən həmin ölkənin işğalçılıq siyasətini pisləyən qətnaməni Pakistan parlamentinə təqdim etdim. Növbəti dəfə parlamentdə çıxış edərkən Azərbaycanı Ermənistan üzərində Qələbəsi münasibətilə təbrik etdim”.

Bu tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edən pakistanlı nazir bildirib: “Bizim Azərbaycanda çox səmərəli görüşlərimiz oldu. Münasibətlərimiz xalqlarımızın gələcəyinə xidmət edir. Prezident də vurğulayıb ki, biz həmrəy olmalıyıq. Azərbaycan hər zaman Kəşmir məsələsində Pakistanın yanında olub. Pakistan da hər zaman Azərbaycanın haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Biz qardaşıq və ürəyimiz Azərbaycanla döyünür”.