YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi təcavüzün tərkib hissəsi kimi...

Ermənistan işğal zamanı Azərbaycanın suveren ərazisində icazəsiz ən azı 37 əlavə su elektrik qurğusu tikib.

Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başlaması ilə bağlı açıqlamasında yer alıb.

Bildirilib ki, Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir. Azərbaycanın daxili su ehtiyatlarının 25 faizinin Qarabağ bölgəsində cəmlənməsi buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib.

Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib.