YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: I Avropa Oyunlarının Bakıda keçirilməsi bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir

«I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir. Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir». Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Onun fikrincə, zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərimizin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır.

«I Avropa Oyunlarına hazırlıqla bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyilə misilsiz işlər həyata keçirilib. Artıq bütün idman və digər infrastrukturlar yarışları qəbul etməyə hazırdır. Təbii ki, bu cür tədbirlərdən sonra ölkəmizin nüfuzu, reytinqi daha da yüksələcək. Bu mənada, I Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün yalnız uğurlar, iqtisadi və siyasi dividentlər də gətirəcək»- deyə, S.Vəliyeva qeyd edib.