YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları Yeni Zelandiyanın nüfuzlu “Sky Sport” telekanalı vasitəsilə yayımlanacaq

Yeni Zelandiyanın nüfuzlu “Sky Sport” televiziya kanalı gələn həftədən etibarən tamaşaçılarına “Bakı-2015” birinci Avropa Oyunlarını təqdim edəcək.

Telekanalın rəsmi internet səhifəsində birinci Avropa Oyunları barədə yerləşdirilən məqalədə bu mötəbər idman tədbirində Avropanın 49 ölkəsindən 6 mindən artıq atletin mübarizə aparacağı qeyd olunub. Bildirilib ki, bu innovativ çoxnövlü idman yarışı “Sky Sport” kanalının canlı efirində təqdim ediləcək.

Yazıda birinci Avropa Oyunlarının proqramına daxil edilən idman növləri və yarışlar barədə ətraflı məlumat verilib. Həmçinin “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin “Sky Sport” kanalı ilə imzalanan yayım müqaviləsinin əhəmiyyəti barədə dediyi fikirlər də əksini tapıb.