YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki qardaş çiyin-çiyinə...

Çinin Sinxua agentliyi azərbaycanlı xilasedicilərin Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması işlərində iştirakı barədə material yayıb.

“Azərbaycan FHN-in 725 əməkdaşı Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması işlərində iştirak edir” sərlövhəli məqalədə azərbaycanlı xilasedicilər tərəfindən dağıntılar altından 26 nəfərin, həmçinin 47 nəfərin cəsədinin çıxarıldığı bildirilib. Həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə hərbi tibbi heyət göndərilib. Yazıda vurğulanıb ki, Kahramanmaraş şəhərindəki stadionda qurulmuş səhra hospitalında azərbaycanlı hərbi həkimlər Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları ilə zəlzələdən zərərçəkənlərin qəbulu, qeydiyyatı, yerləşdirilməsi, cərrahiyyə əməliyyatı və onların digər tibb müəssisələrinə göndərilməsi işlərində koordinasiyalı şəraitdə fəal iştirak edirlər.

Agentlik AZƏRTAC-a istinadla, həmçinin Azərbaycan Prezidentinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində söylədiyi fikirləri təqdim edib: “Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, Bakı və Azərbaycanın digər şəhərlərindəki tibb müəssisələri Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərin müalicəsi üçün hazırlanıb.