YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev Berndə Azərbaycan və İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasında iştirak edəcək

Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcəkdir. 

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 5-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaqdır.

Səfər çərçivəsində Azərbaycan-İsveçrə biznes forumu da təşkil ediləcəkdir.