YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni addımlar atılır

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin strateji əhəmiyyət daşıyan görüşü keçirildi.

Bu gün iki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir. Həm ticari-iqtisadi sahələrdə, həm energetika sahəsində çox yüksək əlaqələrimiz var. Uzun illərdir ki,  Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir və orada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.

Bundan sonra da əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün yeni addımlar atılır. Beləliklə, Rumıniya imkanlarından istifadə edərək Azərbaycan qazı digər Avropa ölkələrinə nəql ediləcəkdir.

Cənab Prezidentin də qeyd etdiyi kimi biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, iki ölkə arasında başqa  sahələrdə də əməkdaşlıqlar edilə bilər. Buna nümunə olaraq nəqliyyat sahəsini göstərmək olar. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanların olduğu, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələr əldə edəcəyimiz barədə geniş söhbətlər aparıldı.  

İnanırıq ki, iki ölkə arasında olan tərəfdaşlıq bundan sonra daha da inkişaf edəcək və daha yaxşı nəticələr əldə ediləcək.