YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Komitəsində İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirilib

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları da iştirak ediblər.

Bu barədə komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya ilə və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Azərbaycanda dini durumun sabit olduğunu vurğulayan Dövlət Komitəsinin sədri müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Qeyd edilib ki, ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib və ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir. Mübariz Qurbanlı hər il dövlət büdcəsindən dini icmalara maliyyə vəsaitinin ayrıldığını və bu vəsaitin qeyri-islam dini icmalara da verildiyini vurğulayıb.

Komissiya üzvləri ölkəmizdə dini azlıqların vəziyyəti ilə maraqlanıblar və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.