YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qordon Birrel: “Cənub” qaz dəhlizi layihəsi üzrə nəzərdə tutulan işlərin təxminən 31 faizi artıq tamamlanıb

“Cənub” qaz dəhlizi layihəsi ilə əlaqədar nəzərdə tutulan işlərin təxminən 31 faizi artıq tamamlanıb.

Bu barədə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, bu işlərə layihələndirmə, torpaqların alınması və digər işlər daxildir.

“Şahdəniz Mərhələ 2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb. Artıq 12 min 500 nəfərədək işçi bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub”, - deyə Q.Birrel qeyd edib.