YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Biznes dairələrinin birgə fəaliyyəti Azərbaycan-Misir əlaqələrini daha da gücləndirəcək

Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin (Misir Prezidenti Əl-Sisi – red.) görüşü olub. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olub.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə bildirib.

“Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələrini də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.