YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Separatçıya tərs sillə

“Ruben Vardanyan siyasətçi, ümumiyyətlə biznesmen də deyil. O, ömrü boyu Moskvada çirkli pulların yuyulması ilə məşğul olub. Yəni, R.Vardanyan bu məsələdə xüsusi “mütəxəsisdir”. O bu gün rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə “xüsusi tapşırıqla” göndərilib. Bu sadəcə olaraq erməni separatçılarına “ruh vermək” və Azərbaycana siyasi təzyiq üçün edilən uğursuz bir cəhd idi”.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib. 

Millət vəkili bildirib ki, daha sonra məqsədli sürətdə xaricdəki erməni diaspor təşkilatlarının ya təsirləri, ya da ki, başqa vasitələrlə R.Vardanyanı dünya mediasına çıxarmağa çalışdılar: “Amma o verdiyi cavablarla özünü gülünc vəziyyətdə qoyub. İlk növbədə R.Vardanyan bu əraziyə nə səbəblə gəldiyini, kiçik toplumun hansı halda “xüsusi “hüquq”lar tələb etməsinin səbəbini belə izah edə bilmir. BBC-yə müsahibəsində V.Vardanyanın faktiki olaraq ifşa olunması onu müdafiə edənlər üçün tərs bir sillə oldu”.

Aydın Mirzəzadə vurğulayıb ki, ermənilər istəklərinə nail ola bilmirlər: “Laçın yolunun blokadada olduğunu iddia edirlər. Digər tərəfdən, humanitar yük daşıyan maşınlar orada sərbəst hərəkət edir. Sərbəst hərəkət edə bilməyənlər qeyri-qanuni olaraq Azərbaycan ərazisinə daxil olan Ermənistan hərbi texnikası və silahlarıdır. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən keçən ilin dekabrına qədər qanunsuz çıxarılan təbii sərvətlərimizdir. Bu bir daha göstərir ki, Azərbaycan öz ərazisində suveren hüquqlara malikdir. Ermənilərin heç bir siyasi oyunu Azərbaycanın öz mövqeyindən geri çəkilməyinə səbəb ola bilməz”.