YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Ermənistan Turizmin Qlobal Etik Kodeksinin prinsiplərinə saymazyana yanaşır

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının ölkəmizin təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi ilə bağlı qəbul etdiyi qərarla əlaqədar iyunun 2-də Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirib.

“Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının mayın 28-29-da Xorvatiyanın Rovın şəhərində keçirilən 100-cü sessiyasında müzakirə edilib və qərar qəbul olunub. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizmin Qlobal Etik Kodeksinin, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.

Mədəniyyət və turizm naziri qərarın əhəmiyyətindən danışaraq bildirib ki, Dünya Turizm Təşkilatının qəbul etdiyi Turizmin Qlobal Etik Kodeksinin prinsiplərinə bütün ölkələrin turizm təşkilatları tabe olmalıdır. Ancaq Ermənistan tərəfi buna saymazyana yanaşır. Ə. Qarayev deyib: “Qarabağa başqa ölkə vasitəsilə səfərlər həyata keçirilsə, biz bu qərara əsaslanaraq diplomatik yollarla bunun qarşısını ala bilərik. Dünya Turizm Təşkilatının bu qərarı bizə sərt addımlar atmağa imkan verir. Biz turizm sahəsində bu addımları ata bilərik. Turizm diplomatiyasında bu qərar fövqəladə qərardır. Ən azından münaqişəli yerlərə turizm səfərlərinin qarşısı alınacaq. Çünki dünyanın bir çox münaqişəli yerlərində bəzən belə turizm səfərləri həyata keçirilir”.

Ə.Qarayev vurğulayıb ki, hansısa turizm təşkilatı Qarabağa səfər təşkil etsə, turistlərin başına gələcək hər hansı xoşagəlməz hadisəyə görə həmin təşkilat məsuliyyət daşıyacaq. Bu qanunun qəbul olunması bizə Ermənistanın qarşısında bu şərtləri qoymaq imkanı verir. Bu, təhlükəsiz turizmin inkişafına xidmət edəcəkdir.