YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər, müharibə iştirakçıları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax təşkilatının sədri Rafiq Əliyev xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıb. Bildirilib ki, 20 Yanvar gecəsi qəhrəman oğul və qızlarımız öz qanları ilə qəlbimizə müstəqilliyimizin, azadlığımızın ilk toxumlarını səpdilər. Zaman keçdikcə bu toxumlar cücərərək böyüdü, müstəqilliyimizə qovuşmaq üçün bir simvola çevrildi. Həmin faciəli gecədə xalqımızın tarixinə bir qəhrəmanlıq salnaməsi yazıldı.

Yevlax ŞİH başçısının müavini Elnarə Əzizova, ŞİH yanında İctimai Şuranın sədri Elvin Əjdərli 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən bəhs edib, 20 Yanvar şəhidlərinin ailələrinə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

20 Yanvar hadisələrinin iştirakçısı Cahid Əliyev, Yevlax rayon Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov, YAP fəalı, Yevlax rayon Tanrıqulular kənd tam orta məktəbinin müəllimi Lalə Məmmədova təəssüratlarını bölüşərək, bu misilsiz faciədə xalqımızın onlarla igid övladlarının Vətənin gələcəyi üçün özlərini qurban verdiklərini qeyd ediblər.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv