YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Yeni Klinika”da “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.

Tədbirdən öncə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Vüqar Qurbanovun və “Yeni klinika”nın direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayevin iştirakı ilə ulu öndər Heydər Əliyevin büstünün açılış mərasimi baş tutub.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş stendlə tanış olublar.

Akt zalında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Yeni klinika”nın direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, YAP Nizami rayon təşkilatı “Heydər Əliyev prospekti, 142” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Əliheydər Heydərli və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır. 

Çıxışlardan sonra partiya sıralarına daxil olan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.