YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun uğurlu siyasi islahatların sübutudur

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təməlini qoymuş olduğu islahatlar siyasətinin davamı kimi “Siyasi partiyalar haqqında” qanunun qəbulu bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizdə daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir.

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu islahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İqtisadi, sosial, kadr sahəsində həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ona görə də siyasi sahədə də islahatlarda zərurət yaranıb. Belə bir vaxtda "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi təqdirdə layiq addımdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Bu qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat olmadığından siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində ciddi maneələr yaradırdı.

Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.

Artıq Azərbaycandakı siyasi mühit 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətə çevrilmişdir.

Ölkədə siyasi sistemdə həyata keçirilən islahatlar reallıqların növbəti təzahürü hesab edilməlidir. Bu nöqteyi nəzərdən         “Siyasi Partiyalar haqqında” yeni qanun ölkədə formalaşan siyasi prosesləri, yeni çağırışları, dünyada baş verən tendensiyaları özündə ehtiva etməklə  kamil bir qanunvericilik aktıdır.