YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanunda bir çox vacib məqamlar yer alıb

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən dövrün  tələblərinə uyğun  olaraq uğurla davam etdirilən siyasət, bütün sahələrdə aparılan düzgün, düşünülmüş islahatlar Azərbaycanın davamlı inkişafını təmin etməkdir. 

Bu gün Azərbaycan Prezident İlham Əliyevin sayəsində heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Ölkəmizdə bütün sahələrdə olan inkişaf göz qabağındadır. Hər bir  sahədə olduğu kimi, qanunvericilik sahəsi də təkmilləşir, inkşaf etdirilir, müasir dövrün tələblərinə uyğunlaşdırılır.

“Siyasi partiyalar haqqında” Qanun ilk dəfə 3 iyun 1992-ci il tarixdə qəbul edilmişdir. Reallıq odur ki, ötən 30 ildən çox vaxt ərzində ölkəmiz davamlı olaraq dəyişmiş, inkişaf etmişdir. Və beləliklə “Siyasi partiyalar haqqında” qanunun da yenilənməsi zərurəti yaranmışdır. Bütün bunlara nəzərə alaraq 11 yanvar 2023-cü il tarixində Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklə bağlı Fərman imzalamışdır. Təsdiqlənərək qüvvəyə minmiş yeni qanun layihəsi müasir dövrün tələblərinə tam olaraq cavab verir və  dünya standartlarına uygundur . Eyni zamanda yeni qanun siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin və effektliliyinin yüksəlməsi baxımından da olduqca böyük əhəmiyyətə malikdir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi İctimai dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir. Ümumilikdə sənədə 110 düzəliş edilib.

Yeni qanunda bir çox vacib məqamlar yer alıb. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsi yeni qanunda öz əksini tapan olduqca mühüm məqamlardan biridir. Vacib məqamlardan biri də odur ki, Venesiya Komissiyasının siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si yeni qanun layihəsində nəzərə alınıb. Bu da onun göstəricisidir ki, yeni qanun  dünya standartlarına uygundur.

Beləliklə, “Siyasi partiyalar haqqında” dövrün tələblərinə uyğun olaraq hazırlanmış  yeni qanun layihəsi ölkəmizdə siyasi mühitdə  böyük canlanmanı təmin edəcək, ölkədə fəaliyyət göstərən siyasi partiyalar üçün daha böyük imkanlar açmış olacaq.