YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir

Hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, ötən il bu müəssisələrdə 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Onun sözlərinə görə, bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür.

 «Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri başa çatıb və yenidən istifadəyə verilmək ərəfəsindədir.  Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında, Bakı şəhər Uşaq Bərpa Mərkəzində isə əsaslı təmir işləri aparılır. Nazirliyin digər bir sıra bölgələrdəki bərpa mərkəzlərində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Biz təmir işləri başa çatdırıldıqdan sonra bu müəssisələri müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz etməklə bərabər, onlarda sosial reabilitasiya yönümlü xidmətlər şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv