YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Bu gün qürur hissi ilə deyə bilərik ki, indi Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir. Artıq ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat yolları, sənaye parkları, digər infrastrukturlar inşa edilib və bu proses bu gün də uğurla davam etməkdədir. Keçmiş məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər və bu gün çox da uzaqda deyil.

Bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas, ən vacib prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpa edilməsi və 30 il ərzində ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın öz doğma yurd yuvalarına qayıtmasıdır. 

İşğaldan azad edilmiş ərazilər bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan və sürətlə davam etdirilir. 

Prezident İlham Əliyev noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Böyük Qayıdışa dair Dövlət Proqramının əsas və vacib  istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.  İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq mühüm addımlar atılmaqdadır.

İşğaldan azad olunmuş digər rayonlarımız kimi Ağdam rayonu da yeni infrastruktur layihələrinin icrası uğurla davam etməkdədir.

Prezident İlham Əliyevin Ağdama mütəmadi səfərləri, göstərdiyi diqqət və qayğı bu bölgədə tikinti-quruculuq işlərinin ahəngdarlığının daha da artdığını və Ağdamın nəzərdə tutulduğundan da sürətlə “Böyük Qayıdış”a hazırlaşdığını göstərir. Artıq çox qısa müddət ərzində burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb.

Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Azərbaycan regionlarda olduğu kimi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də yeni şəhərsalma təcrübəsini nümayiş etdirir. Ağdam şəhərinin timsalında bunu aydın şəkildə görürük. Azad edilmiş ərazilərimiz müasir çağırışlara uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında bərpa edilir.