YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında ƏPT sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında ilin yekunlarına və növbəti il üçün Tədbirlər Planının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev ilk olaraq geridə qoyduğumuz 2022-ci ilin ölkəmiz, dövlətimiz üçün əlamətdar və uğurlu olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu il də bütün sahələrdə böyük nailiyyətlərə imza atıb, beynəlxalq arenada öz mövqeyini daha da möhkəmlədib, həmçinin, Avropanın enerji təhlükəsizliyində rolu artıb.

S.Vəliyev 2022-ci ilin əlamətdar hadisələri sırasında Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin xüsusi yer tutduğunu bildirib. Qeyd olunub ki, 2022-ci il üçün və partiyanın yaranmasının 30 illiyinə həsr olunmuş Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulmuş bütün tədbirlər tam həcmdə yerinə yetirilib və silsilə tədbirlər təşkil olunub.

Daha sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.

Təşkilatın məsləhətçisi Nərminə Qədirova YAP Nərimanov rayon təşkilatının 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib. Müzakirələrdən sonra hesabat qəbul olunub.

İclasda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi məsələsi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. S.Vəliyev  xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və bu istiqamətdə aparılan müzakirələrdən sonra Tədbirlər Planı təsdiq edilib.

İclasda, həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Sonda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının 2022-ci il üzrə ictimai-siyasi fəaliyyətində fəallığı ilə seçilən bir qrup Ərazi Partiya Təşkilatlarının sədrlərinə fəxri fərmanlar təqdim edilib.