YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlar unudulmur!

Lerik rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olan mayor Ağayev Ramil Mərdan oğlunun 38-ci doğum günü qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, idarə və müəssisə rəhbərləri, şəhid valideynləri, qazilər, şəhidin ailə üzvləri, dostları, döyüşçü və hərbçi yoldaşları iştirak ediblər.

Şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Qeyd edək ki, şəhid Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. 2020-ci il oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.