YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın dirçəlməsi üçün böyük layihələr sürətlə gerçəkləşdirilir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri                

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi Zəfərinin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyəti davam etdirilir. Bu mənada “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etməsi ölkəmiz üçün böyük hadisədir. Qarabağda bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox vacibdir. Ona görə də Qarabağın dirçəlməsi, qaynar həyata qayıtması üçün çox böyük layihələr sürətlə gerçəkləşdirilir.

Qarabağ münaqişəsinin həlli regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün də əlverişli imkan yaradıb. Bəli, həm bölgə, həm də dünya ölkələri Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpasında iştirak etməyə maraq göstərirlər. İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması  prosesinə Azərbaycanla dost olan ölkələrin şirkətlərinin cəlb edilməsi mühüm uğurlar vəd edir. Xüsusən qardaş Türkiyə şirkətləri düşmənin viran qoyduğu ərazilərdə şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası, yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası sahəsində öz təkliflərini irəli sürərək, quruculuq işlərində yaxından iştirak edirlər.

Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini-mədəni abidələrin bərpa edir. Bərpa-quruculuq işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edirdi. Bu da bir daha Azərbaycanın tolerant ölkə nümunəsi olduğunu dünyaya göstərir.

Dövlətimizin haqq savaşı Ermənistanın nə qədər vandal, barbar bir dövlət olduğunu, faşist ideologiyasına xidmət etdiyini bir daha bütün dünyaya göstərdi. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa yeni bir nəfəs gətirib. Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi  kimi milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirə bilməsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. İnanıram ki, xalqımızın birliyi gələcəkdə də bütün vəzifələri icra etmək üçün yeni imkanlar yaradacaq. Çünki Dövlətimizin gücü Azərbaycan xalqının dəstəyindədir.