Xəbərlər
Ayxan Hacızadə: Ermənistan XİN Qarabağdakı ermənilərin sayı barədə yalan məlumatlar yayır

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xankəndi-Laçın yolunun “bloklanması” və Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri özünün tviter hesabında bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.