YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lider və şəxsiyyət qətiyyəti–uğurların təməl prinsipi

Emin Bağırov

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Bütün xalqların taleyinə dönüş nöqtəsi olan tarixlər qızıl hərflərlə yazılır. Bu tarixlər o xalqların bütövlükdə gələcək taleyini həll edir. Həmin xalqların gücü və potensialı nə qədər yüksək olsa da belə, ən vacib məsələ lider və şəxsiyyət faktorudur.

Məhz liderin sayəsində xalq toparlanaraq, birləşərək, öz gücünü ortaya qoyur və müqəddəratını həll edir. Azərbaycan xalqının taleyində belə bir fenomenal şəxsiyyət ümummilli lider Heydər Əliyevdir.

Hələ ötən əsrin 70-ci illərində ulu öndərin yüksək idarəçilik bacarığı və dövlət quruculuğundakı istedadı xalqın yaddaşlnda əbədi iz buraxmışdı və müstəqillik qazanıldıqdan sonra isə bütün problemlərin həlli, layiq olduğumuz dövlətin qurulması üçün hər kəs tək ünvan olaraq Heydər Əliyevi görürdü. Uğrunda qan tökdüyü, can verdiyi azad dövlətinin məhv olması ilə barışmayan xalq öz liderini gözləyirdi və onun gəlişi ilə nəinki dövlət yox olmaqdan qurtardı, həm də yeni bir inkişaf tarixinin başlanğıcı qoyuldu.

Müstəqilliyimizin ilk illərində yaranmış xaos və başıpozuqluğun nəticəsi olaraq Vətən torpaqları işğal olunur, insanlar yurd- yuvalarından didərgin salınır, bütün sosial-iqtisadi münasibətlər məhv edilir, bir sözlə, xalqımız fəlakətə sürüklənirdi.

Xarici və daxili düşmənlərin bədxah siyasətinin məntiqi sonluğu olaraq ölkəmiz parçalanmanın bir addımlığında idi. Respublikanı bürüyən separatizm alovu və bunun fonunda hərbi qruplaşmalar nəzarətdən çıxaraq müstəqilliyimizə ciddi və real təhlükəyə çevrilmişdi.

Məhz belə ağır, çətin və həssas məqamda ölkə rəhbərliyinə Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev gəldi. Dahi şəxsiyyət qısa bir zaman ərzində müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etdi, siyasi sabitliyi gerçəkləşdirdi, respublikada baş alıb gedən tənəzzülü dayandırdı və iqtisadi tərəqqiyə yol açdı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətlərində önəmli tədbirlər həyata keçirdi.

Hadisələrin axarını və məntiqi sonluğunu əvvəlcədən görən dahi şəxsiyyətin həmi vaxt Azərbaycanın iqtisadi potensialını genişləndirmək qarşıya qoyduğu prioritet vəzifələr sırasında idi. Ona görə də 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması bu mühüm məqsədin reallaşmasında tarixi bir rol oynadı. Həmin sazişə 6 ölkədən 10 iri neft şirkəti qoşuldu. Ümumilikdə isə dünyanın 46 neft şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilə bağlandı. Bunun nəticəsində Azərbaycana milyardlarla dollar xarici kapital daxil oldu ki, bu da ölkəmizdə həm neft sənayesinin inkişafını sürətləndirdi, həm də bazar iqtisadiyyatının dirçəlməsini şərtləndirdi.

Beləliklə, Azərbaycan 30 il əvvəl ulu öndərin əsasını qoyduğu siyasi kursun düzgün istiqamətdə uğurla davam etdirilməsi sayəsində Vətən müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanaraq əraziləri düşməndən təmizlədi və ərazi bütövlüyümüzü gerçəkləşdirdi. Bəli, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarəti, praqmatik düşüncə və üstün zəkası, ordumuzun isə güc-qüdrəti ilə 44 günlük savaşın möhtəşəm uğurunun təməlində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən daxili və xarici siyasət dayanırdı.

Heydər Əliyev tarixdə analoqu olmayan elə bir şəxsiyyətdir ki, onun xalq və dövlət qarşısında xidmətlərini çox az sayda liderlə müqayisə etmək olar. Ulu öndərin 1993-2003-cü illərdə Azərbaycanda apardığı dövlət quruculuğu siyasəti ancaq möcüzə adlana bilər. Çünki həmin dövrdə dahi şəxsiyyətin gördüyü işlər faktik olaraq məhv olmuş bir dövləti yenidən qurmaq və dirçəltməkdən məqsədi daşıyırdı.

Daha bir tarixdə analoqu olmayan hal isə ümummilli liderin cismən həyatda olmadığı dönəmdə də ölkəmiz üçün inkişaf və tərəqqi yolunun davam etdirilməsini təmin etmək idi. 2003-cü ilin prezident seçkilərində Azərbaycan xalqına müraciətində İlham Əliyevin namizədliyini “Mən ona özüm qədər inanıram” deyərək, irəli sürməsi ilə özünün fiziki varlığından sonrakı dönəm üçün dövlətin inkişafını şərtləndirən siyasəti bu əminliyin parlaq ifadəsi idi. Bu, həmçinin dünya tarixində əvəzi olmalan bir lider qüdrəti idi. Məhz bu səbəbdən ümumilli luder bu gün də yaşayır və Azərbaycan durduqca yaşayacaq!