YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycansız “Cənub qaz dəhlizi” olmayacaq

Azərbaycan “Cənub qaz dəhlizi” layihəsində aparıcı rol oynayır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində deyib. /Trend/

E.Məmmədyarov bildirib ki, Azərbaycan bu layihədə ona görə aparıcı rol oynayır ki, bizim qaz olmasa, layihə də olmayacaq.

Nazir qeyd edib ki, danışıqlar zamanı ötən həftə Riqada başa çatan Aİ “Şərq tərəfdaşlığı” Proqramı Sammitinin nəticələri müzakirə edilib: “Riqa Sammitində “Şərq tərəfdaşlığı” ölkələri üç qrupa ayrılıb. Birinci qrup ölkələri – Ukrayna, Gürcüstan və Moldova - Aİ ilə qarşılıqlı əlaqələrini azad ticarət üzrə saziş də daxil olmaqla, assosiativ saziş səviyyəsində müəyyənləşdirib. İkinci qrup ölkələr – Belarus, Ermənistan – Aİ ilə münasibətlərini Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində müəyyənləşdirib. Üçüncü qrup – Azərbaycan – Aİ ilə qarşılıqlı əlaqələrini ikitərəfli münasibətlər baxımından müəyyənləşdirib. Mən Riqada oldum və istədiyimiz strateji tərəfdaşlıqla bağlı razılıq layihəsini təqdim etdim”.

E.Məmmədyarov qeyd edib ki, 45 milyard dollar dəyərində olan layihə Avropa Komissiyasının müzakirə etdiyi ən böyük layihədir.