YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın beynəlxalq arenadakı rolu əvəzsizdir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan regionda geosiyasi reallıqlar yaradan, eyni zamanda bu gün tariximizdəki ən güclü dövrünü yaşayan müstəqil və sarsılmaz dövlətdir. Tarixi keçmişə nəzər etsək, görərik ki, Azərbaycan dünyanın ən qədim mədəniyyət və böyük ticarət mərkəzlərindən biri olmuşdur. Nümunə üçün göstərmək olar ki, Böyük ipək yolu məhz Azərbaycan ərazisindən keçmişdir. Belə ki, ipək yolu qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Azərbaycan, Monqolustan, İran, Özbəkistan, Tacikistan və digər ölkələrdən keçmişdir. Mənbələrdən məlum olur ki, ipək yolu e.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır.  Cari ilin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bildiyimiz kimi bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin  konfransda iştirak edərək, öz çıxışında xüsusi məsələləri diqqətə çatdırmaqla, dünyanın bir sıra beyin mərkəzlərinin nümayəndələrinin suallarını tutarlı faktlarla cavablandırdı. Cənab Prezident sözümüzün imzamız qədər qüvvəli və dəyərli olmasına bir daha diqqət çəkdi. Xüsusi layihələrin həyata keçirilməsi üçün Azərbaycanın həmişəki kimi hazır və öz sözlərinə sahib olduğunu bildirdi. Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı – hər şey hazırdır. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Dövlət başçısının sualları cavablandıran zaman səsləndirdiyi fikirlər həm bizim düzgün mövqeyimizi əks etdirirdi, həm də dünyaya verilən  növbəti humanizm, birlik mesajı idi. Belə ki, həqiqətən də regiona sülhün gəlməsi üçün bir sıra dövlətlər konstruktiv mövqedən çıxış etməli,üzərlərinə düşən öhdəliyi layiqincə yerinə yetirməlidir. Azərbaycanın, Asiyanın bir çox dövlətləri ilə, xüsusilə Türkiyə, Pakistan, Özbəkistan, Qazaxısta, Qırğızıstan, Türkmənistan və digər dövlətlərlə qardaşlıq, dostluq münasibətləri, bir sözlə mükəmməl əlaqələri vardır. Konfransda iştirak edən qonaqlar, beynəlxalq ekspertlər ümumilikdə həyata keçirilən böyük layihələrə, qazanılan uğurlara və misilsiz siyasət apardığına görə Partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıq hissini ifadə etdi ki, bu da məhz ölkəmizin son illərdə böyük inkişaf yolu keçərək, qüdrətli dövlətə çevrilməsinin növbəti bariz nümunəsidir. Konfransda Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Robertsin ünvanladığı mən bəlkə də, artıq tamah göstərərək, Sizə bir sual da verim: Sizi gecə yatmağa qoymayan nədir? sualına cavab verən cənab Prezident qeyd etdi ki;- Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Bəli, bu cavab məhz onu göstərir ki, Azərbaycanda aparılan alternativsiz YAP siyasəti nəticəsində ölkəmizdə sabitlik, firavan həyat hökm sürür və kimsə bu sabitliyi poza bilməz. Ona görə ki, bizim möhtəşəm Prezident-Xalq-Ordu birliyimiz var və bu Birlik əbədidir, sarsılmazdır!