YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti: İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər

Kosovo Albaniya üçün çox əhəmiyyətlidir və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi üçün vacibdir.

Bunu Albaniya Prezidenti Bayram Beqay Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü başa çatdıqdan sonra mətbuata bəyanatında bildirib.

Albaniya ilə Azərbaycanın parlamentlərarası əməkdaşlığından danışan Bayram Beqay iki ölkə arasında dostluq qruplarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu istiqamətdə atılacaq addımların çox ola biləcəyini söyləyən Albaniya Prezidenti deyib: “İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər”.

“Bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm”, - deyə Bayram Beqay əlavə edib.

DİGƏR Xəbərlər Arxiv