YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda sakinlərlə növbəti səyyar görüş təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 42 ünvanında növbəti səyyar qəbul keçiriblər.

Qəbulda sakinlərin müraciətləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüşdə Azərbaycan xalqının Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü böyük coşqu, sevinc və qürur hissləri ilə keçirdiyi, Nəsimi rayonunda da 8 Noyabr - Zəfər günü ilə əlaqədar silsilə tədbirlərin davam etdiyi vurğulanıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində rayon ərazisində görülən işlərdən danışılıb. 

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portal haqqında ətraflı məlumat verilib.

DİGƏR Xəbərlər Arxiv