YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Prezident İlham Əliyev oktyabrın 21-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqlənməsi haqında Sərəncam imzalayıb.

Sərəncama əsəsən, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Müşahidə Şurasının sədri təsdiq edilib.

Həmçinin iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Müşahidə Şurasının üzvü təsdiqləniblər.