Xəbərlər
Avropa Olimpiya Komitəsinin 36-cı seminarının iştirakçılarına “Bakı-2015”ə hazırlıqla bağlı məlumat verilib
Türkiyənin Bələk şəhərində Avropa Olimpiya Komitəsinin 36-cı seminarı keçirilir.
Qitə ölkələrinin müvafiq qurumlarından 180-dən çox nümayəndənin qatıldığı seminar “Rio-2016” və 2020-ci ildə təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq işlərinə həsr olunub.
Tədbirdə “Bakı-2015” ilk Avropa Oyunlarına, cari ildə Tbilisidə, 2017-ci ildə isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına hazırlıqla bağlı məruzələr dinlənib.
Avropa Olimpiya Komitəsinin mayın 16-da keçiriləcək növbədənkənar Baş Assambleyasında Milli Olimpiya komitələrinin nümayəndələrinə iyunun 12-də Bakıda start götürəcək ilk Avropa Oyunları ilə bağlı ən son yeniliklər haqqında məlumat veriləcək.