Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib. Onların ruhlarına dualar oxunub, əziz xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra millət vəkili şəhid Rəvan Nurayevin ailə üzvləri ilə görüş keçirib, onların qayğıları ilə maraqlanıb.
Daha sonra Asif Əsgərov Muxax kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Şəhid ailələri və seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
