YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yevlaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 20-də Yevlax şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Yevlax Şəhidlər Xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycan xalqının xilaskarı, partiyamızın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən,  eyni zamanda, Yeni Azərbaycan Partiyasının 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük nailiyyətlər qazanıb. YAP Yevlax rayon təşkilatının fəaliyyətindən danışan R.Əliyev deyib ki, ərazi partiya təşkilatlarının sayı 52, üzvlərin sayı isə 8715 nəfərdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev isə çıxışında qeyd edib ki, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan  Yeni Azərbaycan Partiyası öz fəaliyyətində milli maraqlara əsaslanır. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmaqdadır.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun böyük ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir. “Azərbaycan xalqı xoşbəxtdir ki, bizim firavan gələcəyimizi layiqincə təmin edən liderimiz, cənab İlham Əliyev var”, - deyə Əli Hüseynli vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, professor Elnur Sadıqov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Zahid Xəlilov partiyanın yaranma tarixindən danışaraq o dövrdə xalqın ulu öndər Heydəər Əliyevə olan inamından bəhs edib.

Milli Məclisin deputatı İlham Məmmədov isə Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qalib gəldiyini, bununla da qələbələr partiyası olduğunu təsdiqlədiyini bildirib.

“Kür” qəzetinin baş redaktoru, “Heydər Əliyev prospekti 47” ərazi partiya təşkilatının  sədri Əminə Əhmədova da çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan danışıb.

Tədbirin sonunda Yevlax şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.