YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli dövlətlər ortaq keçmişdən gələcəyə doğru inamla addımlayır

Həbib Cəfərov

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri

Bu gün türkdilli dövlətlərin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımladıqları diqqətdən kənarda qalmır. Belə bir reallığın qəbul olunması Azərbaycanın uğurlu, düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan xarici siyasətində türkdilli ölkələrlə əməkdaşlığa xüsusi önəm verir, əldə etdiyi uğurlarla kifayətlənməyərək daha iri addımlarla irəliləyir.

Dövlət başçısı İlham Əliyevin Qırğızıstana dövlət səfəri bu gün də müzakirə olunmaqdadır. Qırğızıstan Prezidenti Sadır Japarov bildirdi ki, Sizinlə bu dəfə qonaqpərvər Qırğızıstan torpağında yenidən görüşməyimə çox şadam. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri müzakirə etmək fürsətinə görə də şadam. “Biz Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk” söyləyən Qırğızıstan Prezidenti vurğuladı ki, bu səfər ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. İki dost ölkə bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd etdi. Yaxın günlərdə diplomatik münasibətlərimizin qurulmasının 30 iliyini qeyd edəcəyik. Azərbaycan və Qırğızıstan bu tarixə yaxşı nəticələrlə yaxınlaşıb. Əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnir. Həmçinin səfər çərçivəsində ulu öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı oldu. Qırğızıstan Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.

İki dost ölkə beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir. Belə ki,  BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunaraq əlaqələrimizin daha da inkişafına, bu fonda postmünaqişə dövrünün reallıqlarının təbliğinə öz töhfələrimizi veririk. Əməkdaşlığımızın yüksək səviyyədə uzunmüddətli olacağı heç kimdə şübhə doğurmur.

Münasibətlərimizin dinamikası ondan xəbər verir ki, qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Qeyd etdiyimiz kimi, Qırğızıstan Prezidentinin bu ilin aprel ayında ölkəmizə səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı üçün hüquqi baza yaradılmışdı. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə dünənimizə baxış, sabahımıza yeni addımlarla addımlamaq üçün möhkəm bazadır.  

Ümumilikdə türk dünyasının birliyi prioritet məsələdir. Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz Türk dünyasının birliyinin və həmrəyliyinin daha da gücləndirilməsində mühüm rol oynayır. Bu gün yeni reallıqlara uyğun olaraq regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. Yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da möhkəmləndirəcək, əməkdaşlığa yeni nəfəs gətirəcək. Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır.

Dövlət başçısı İlham Əliyevin Qazaxıstan səfəri, səfər çərçivəsində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı mühüm çağırışları özündə ehtiva etdi. Cənab İlham Əliyev bir daha 30 illik işğal dövründə ATƏT-in Mink qrupunun fəaliyyətinin nədən ibarət olduğunu açıqlayaraq artıq Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda belə bir vasitəçiliyə ehtiyacın olmadığını bildirdi. Diqqət göstərilən əsas məsələ Fransa Prezidenti Emmanuel Makronun Praqa görüşlərinə qatılması, yekun bəyanatda əksini tapan müddəları dəstəkləməsi və bunları unutmuş kimi həmin görüşdən bir həftə sonra Azərbaycana qarşı qərəzi özündə əks etdirən fikirləri səsləndirməsi oldu. Dövlət başçısı İlham Əliyev bildirdi: “Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi…Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi… Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.”