YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhidin anım mərasimi keçirilib

Ağdam rayonunda 44 günlük Vətən müharibəsi şəhidi leytenant Göyüşov Sarvan Mehman oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, müavini Xəqani Nəzərov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğu qeyd olunub.

Sonra məktəblilərin Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, şəhid leytenant Sarvan Göyüşov 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.