YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə ehtiram

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rəhimli Tural Gəray oğlunun, Həsənov Nurlan Nadir oğlunun və Əliyev Nihad Heydər oğlunun anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Mahir Abbaszadə, ictimaiyyət nümayəndələri, partiya fəalları tərəfindən şəhidlərin xatirələri anılıb, məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Çıxış edənlər bildiriblər ki, qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov şəhid valideynlərinə xatirə hədiyyələri təqdim edib.