YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada “Qələbəyə aparan yol” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatında Təhsil Şöbəsi ərazi partiya təşkilatının üzvləri ilə “Qələbəyə aparan yol” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışıb.

Daha sonra Vətən müharibəsi iştirakçısı Vüqar Qələşov, şəhid ailələrinin üzvləri Rəhim İmanov, Rəşad Orucov, Gülnar Hüseynova çıxış edərək döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən bəhs ediblər.