YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı sülh yekun razılaşma ilə əldə edilə bilər

Dünyaca məşhur və Londonda çap olunan “The Economist” jurnalında Ermənistan ilə bağlı dərc olunmuş məqaləni şərh edən Azərbaycan səfiri Elin Süleymanovun redaksiya heyətinə ünvanladığı məktubu işıqlandırılıb. Səfir E.Süleymanov iki ölkə arasında hərtərəfli sülh sazişinin əhəmiyyətinin məqalədə vurğulanmasını alqışlayıb.

Səfir hazırda region qarşısında duran əsas məsələnin, zorakılıq və qisasçı idealların dairəsində dövr etməyin, yoxsa qarşılıqlı iqtisadi faydalılıq, firavan gələcək əsasında regionu yenidən qurmağın üstün olduğunu sual edib. Bu tarixi fürsətdən yararlanmalı olduğumuzu səfir redaksiya heyətinin və izləyicilərin diqqətinə çatdırıb.

Həmçinin qeyd edilib ki, dəyişkən dünyada regionumuzun ən yaxın tarixinin ən kədərli səhifələrindən birini bağlamaq, beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik kimi fundamental prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında yeni səhifə açmaq hamının marağında olmalıdır.

Azərbaycanın öz mövqeyini tam açıq şəkildə ifadə etdiyini vurğulayan diplomat, bütün qonşularımızla, o cümlədən Ermənistanla əməkdaşlıqda region üçün sabit gələcək qurmağa hazır olduğumuzu bildirib. Çox təəssüf ki, Ermənistan yekun sülh razılaşmasının əldə olunmasına yönəlmiş normallaşma prosesini irəli sürməkdə konstruktiv mövqe nümayiş etdirmir. Davamlı sülh yekun sülh razılaşması ilə əldə edilə bilər, əks halda təhlükəsizlik vəziyyəti qeyri-stabil qalmaqda davam edəcək.

Əlavə olaraq səfir, dəqiq mina xəritələrinin, itkin düşmüş şəxslər haqqında məlumatların, nəqliyyat marşrutlarının açılması kimi münaqişədən sonrakı problemlərin müsbət həllinin davamlı sülhə aparan inamın artmasına kömək edəcəyinə əminliyini ifadə edib.

https://www.economist.com/letters/2022/09/29/letters-to-the-editor