YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda şəhidin anım mərasimi keçirilib

Şabran rayonu Pirəmsən kəndində Vətən müharibəsi şəhidi leytenant Aqil Həsənovun əziz xatirəsi yad edilib.

Aqil Həsənovun şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbayan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, humanitar məsələlər üzrə müavini İlkin Ağayev, partiya əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, 2020-ci il sentyabrın 29-da şəhidlik zirvəsinə ucalan Aqil Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.