YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Hill” qəzetində Azərbaycan diasporu nümayəndəsinin Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar müraciəti dərc olunub

ABŞ-da çıxan “The Hill” qəzetində ABŞ-ın Azərbaycan icmasının nümayəndəsi Lotfeli Xoşbəxtin 1992-ci mayın 8-də Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə əlaqədar “Azərbaycanı unutmayın” sərlövhəli məqaləsi dərc olunub. Şuşanın Azərbaycan musiqisi və mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini vurğulayan müəllif yazır ki, işğaldan, dağıntılardan və 1992-ci ilə qədər əhalinin 92 faizini təşkil edən azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınmasından sonra bu tarixi şəhər ermənilər tərəfindən kabus şəhərə çevrilib. Məqalədə deyilir ki, Şuşa Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri və 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən qırğından üç ay sonra işğal edilib.

Sonda müəllif ABŞ hökumətinə müraciət edərək, onu 1993-cü ildə qəbul edilmiş və BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrini və BMT Baş Məclisinin A/RES/48/114 nömrəli qətnaməsini yerinə yetirməyə Ermənistanı məcbur etmək üçün öz təsirindən istifadə etməyə çağırır.

Xatırladaq ki, məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Şuşa şəhərinin işğalı və Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırılması üzrə ənənəvi yazılı kampaniyası çərçivəsində dərc olunub.

 

DİGƏR Xəbərlər Arxiv