YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda Vətən müharibəsinin şəhidləri anılıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhid Əliyev Rövşən İbrahim oğlunun, Qızıldaş qəsəbəsində isə Məstəliyev Nurəddin Hasil oğlunun anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Rövşən Əliyevin, Qızıldaş qəsəbəsindəki qəbiristanlıqda isə şəhid Nurəddin Məstəliyevin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, 1971-ci il oktyabrın 2-də anadan olan Rövşən Əliyev 2020-ci il sentyabrın 28-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Şücaətə görə” medalları ilə təltif edilib.

2000-ci il fevralın 13-də anadan olan Nurəddin Məstəliyev Vətən müharibsəi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nurəddin Məstəliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalların layiq görülüb.