YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının və Ucar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Şəhidlər - Zəfər Salnaməsinin unudulmaz qəhrəmanları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Sonra tədbir iştirakçıları rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən Anım Günü torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Birinci Qarabağ müharibəsi şəhidi Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, şəhid Hikmət İbrahimovun atası Zaur İbrahimov, şəhid Allahverdi Ələkbərovun anası Aybəniz Abdullayeva, şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Əvəz Süleymanov çıxışlarında şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edib, onların xatirələrinin hər zaman qəlblərdə yaşayacağını qeyd ediblər.

Sonda ehsan süfrəsi təşkil edilib.