YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Anım Gününə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Heydər Əliyev Mərkəzinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, mədəniyyət işçiləri və qazilər iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşı Turan Hüseynov, YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Aytən Məmmədli, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Vətən müharibəsi qazisi Namiq İbrahimov və Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Solmaz Nağıyeva bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar.