YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.

H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.