YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir

“Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir.” Bu fikirləri Prezident İlham Əliyev  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir: “Ancaq təbii ki, həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir, beynəlxalq vəziyyət dəyişir. Biz görürük ki, öz yerimizi möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da güclü iqtisadiyyata, sənaye potensialına, orduya malik olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz olmalıdır. Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.”

“Bu gün - Ulu Öndərin doğum günündə bir daha yaxın tarixə nəzər salırıq. Heydər Əliyevin Azərbaycan xalqı üçün nə qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük. Ona görə Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq”.-deyə, Prezident İlham Əliyev bildirib.

 

DİGƏR xəbərlər Arxiv