YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Heydər Əiyev və Azərbaycan anlayışlarını bir-birindən ayrımaq mümkün deyil

«Ümummilli lider Heydər Əliyevin doğum gününün ölkəmizdə böyük təntənə ilə qeyd olunması artıq ənənə halına çevrilib. Bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əiyev və Azərbaycan anlayışlarını bir-birindən ayrımaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, Ona hörmət və ehtiramını bildirəcək». Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən «Azərbaycan müasir dünyada» konfransında çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan bu il müstəqilliyinin 24 illiyini qeyd edəcək.

«Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib. MDB dövlətləri sırasında BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. Biz ölkəmizdə növbəti möhtəşəm beynəlxalq tədbirin keçirilməsi ərəfəsindəyik. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasını göstərir. Beləliklə, Heydər Əliyev siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada yeri və rolu, nüfuzu daha da güclənəcək»- deyə, YAP Sədrinin müavini vurğulayıb.