YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan kapitan Qurbanov Saleh Möhübbət oğlu Xızı rayonunun Giləzi qəsəbəsində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, partiya fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.