YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədən olan şəhid ailələri İmişli şəhidlərini ziyarət ediblər

Gəncə şəhərindən olan 30 şəhid ailəsi İmişli rayonunda Şəhidlər xiyabanını və şəhid ailələrini ziyarət edib.

Şəhid ailələri Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, ARAN Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəis müavini, partiya fəalı Saleh Səmədov və qazilər ilə birgə Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi hər zaman yaddaşlarda qalacaq. Qeyd olunub ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.

Şəhid ailələri göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra bir qrup şəhid ailəsi evlərində ziyarət olunub.

Sonda şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil edilib.